Peppermill restoranı olaraq qonaqlarımıza unudulmaz bir yemək təcrübəsi təqdim edirik. Otelimizdə yerləşən restoranımız, ləzzətli mətbəxi və yüksək otel standartlarının unikal birləşməsi ilə istirahətinizi unudulmaz edir.
Əsas Xüsusiyyətlər:
Geniş məkan: Restoranımızın 200 nəfərə qədər qonağın rahat yerləşə biləcəyi geniş sahəsi var. İstər böyük qrup tədbiri, istər ailəvi yemək, istərsə də iki nəfərlik şam yeməyi olsun, biz sizin tələblərinizə cavab verməyə hazırıq.
Yeməklərin İsveç masası üsulubunda təqdimatı: hər zövqə uyğun və geniş çeşidi ilə gözoxşayan təamlar təklif edirik. Kulinariya komandamız hər bir yeməyi dəqiqlik və qayğı ilə hazırlayır, hər kəsin ağız dadına uyğun ləziz təamlar təqdim edir.
Otelin Standartına uyğun Keyfiyyət: Peppermill restoranı da otelimizin bir hissəsi kimi eyni yüksək xidmət standartlarına cavab verir, atmosferə və detallara xüsusi diqqət yetirir. Biz sizə bütövlükdə otelimizdə isirahətinizi tamamlayan qüsursuz yemək təcrübəsi təqdim etməyə çalışırıq.
Dəyişən yemək seçimləri: Məqsədimiz qonaqlarımızın istəklərini və yemək rejimini qarşılamaqdır. İstədiyiniz vaxtda səhər yeməyi və ya şam yeməyi seçmək rahatlığından zövq ala və gününüzü ehtiyaclarınıza uyğun planlaşdıra bilərsiniz.
Xüsusi Tədbirlər və Şənliklər: Restoranımız xüsusi tədbirləriniz üçün mükəmməl seçim olacaq. İstər ad günü şənliyi, istərsə də korporativ tədbirlərə olsun komandamız hər bir mərasimin təşkilində təcrübəlidir.
Peşəkar İşçi Heyət: mehriban və qayğıkeş işçi heyətimiz nahar zamanı sizin xidmətinizdədir. Bizimlə keçirdiyiniz vaxtın unudulmaz olmasını təmin etmək üçün sizə yüksək səviyyəli xidmət göstəririk.
Kulinariya ləzzətləri: menyumuzda yerli və dünya mətbəxi də daxil olmaqla geniş çeşidli kulinariya ləzzətləri mövcuddur. Ən yaxşı inqrediyentlərlə hazırlanmış, ləziz təamlarımız sizi valeh edəcək.