OTAQ

SEÇ

GÖRÜŞLƏR VƏ TƏDBİRLƏR

İşgüzar görüşləriniz, təqdimatlarınız, seminarlarınız, özəl günlərinizi və digər tədbirləriniz üçün müxtəlif ölçülü konfrans və ziyafət zallarının geniş seçimini təklif edirik. Ən müasir texnologiya və yüksək səviyyəli avadanlıqlarla təchiz olunmuş konfrans və ziyafət zallarımız tədbirlərinizin uğurlu keçməsi üçün nəzərdə tutulub.

İstənilən ölçüdə tədbirlərinizin keçirilməsi üçün bizim məkanı seçə bilərsiniz. İstər şəxsi korporativ tədbirlər üçün rahat görüş zalı, istərsə də xoş günləriniz üçün geniş ziyafət zalı olsun, hər şey sizin ehtiyaclarınıza cavab vermək üçün hazırlanmışdır. Bundan əlavə, Badamdarın mərkəzində yerləşən otelimiz görüşlərinizin cəlbediciliyini artırır və peşəkar xidməti və rahat yerləşməsi ilə  müştərilərinizi təəccübləndirməyə imkan verir.

Tədbirlərinizi yüksək səviyyədə təşkil etmək və həm özünüz həm də qonaqlarınız üçün müstəsna təcrübə təmin etmək üçün Badamdar Hotel və Residence-ə etibar edin.