OTAQ

SEÇ

SPA və Sağlamlıq


XİDMƏTLƏR

Dəbdəbəli Sağlamlıq və SPA mərkəzimizə xoş gəlmisiniz, burada cavanlaşdırıcı müalicə növlərini kəşf edəcək və sizi otelimizdə daha çox qalmağa təşviq edəcək istirahət zonalarımızın gözəlliyindən həzz alacaqsınız.

Sauna

Ənənəvi taxta dizaynı və eleqant interyeri ilə sizi valeh edəcək saunamızın cazibəsini hiss edin. Xüsusi oturacaqlarda istiliyin stressinizi aradan qaldıraraq əzələlərinizə dərindən nüfuz etməsindən məmnun qalın. Burada sakitləşdirici və gündəlik həyatın təlaşından uzaqlaşmağa imkan verən xoş vizual atmosfer yaradılıb.

Solyari

Xüsusi solyaridə istilik və fərahlıqla əhatə olunaraq spa prosedurları ilə fərqli təcrübə yaşayazaqsınız. Enerjinin hisslərinizi canlandırmasından, zehninizə və bədəninizə daxil olaraq tarazlığı bərpa etməsindən məmnun qalın. Dincəlmək və özünə qayğı göstərmək istəyənlər üçün bura ən doğru seçimdir.

Fitnes mərkəzi

Sağlamlığınızın qayğısına qalan və rahatlığınızı təmin edən fitnes mərkəzi xidmətinizdədir. Kardio və güc məşqləri üçün müasir avadanlıqlarla təchiz edilmiş, xüsusi dartınma zonası olan mərkəz sizi məqsədlərinizə çatdıracaq. İxtisaslaşmış təlimçilər dinamik məşq təcrübəsini təmin etmək məqsədilə hər zaman individual təlim və dəstəklə xidmətinizdədir.

Masaj otaqları

Masaj otağımız sizi relaksasiya və cavanlaşma səyahətinə aparacaq. Yumşaq, neytral rənglər və təbii teksturalar ruhunuzu sakiltəşdirir, ətraf işıqlandırmanın zərif parıltısı isə tam rahatlaşdırıcı atmosfer yaradır. Gündəlik həyatın stressindən uzaqlaşaraq özünüzü rahatlıqla əhatələyin.

Buxar otağı

Buxar otağında mistik aromaterapiya cənnətinə qərq olun. Diqqətlə seçilmiş efir yağlarının əsrarəngiz qoxuları füsunkar atmosfer yaradır. Ətirli buxar məsamələri təmizləyir, əzələləri sakitləşdirir, müalicəvi ətirlər isə sizə tam rahatlama və yenilənmə bəxş edir.

Türk hamamı

Spa mərkəzində fəaliyyət göstərən türk hamamı sağlamlığınızın qayğısına qalır və balansı təmin edir. Hamamın aydın xətlər, neytral tonlar və təbii materiallarla fərqlənən interyeri rahatlıq və mənəvi harmoniya bəxş edir. Təcrübəli terapevtlər tərəfindən pilinq, təmizləmə və masaj da daxil olmaqla bir sıra ənənəvi hamam ritualları həyata keçirilir.

Qapalı hovuz

Rahatlıq və daxili harmoniya yaradan qapalı hovuzda dincəlməkdən zövq alın. Hovuzun dizaynı sakitləşdirici mavi tonları, yüngül işıqlandırması ilə minimalist eleqantlığı və təbiətin gözəlliyini əks etdirir. Hovuzun kənarında yumşaq və komfortlu şezlonqlarda dincəlin.

Özəl otaqlar

Sanki zamanın dayandığı VIP-otaqlarda özünüzə əvəzolunmaz istirahət bəxş edin. Dəbdəbəli tekstil və eleqant aksentləri özündə birləşdirən dekorasiya sizi təmtəraqlı atmosferlə əhatə edəcək. Hisslərinizi yeniləmək və əhval-ruhiyyənizi yüksəltmək üçün hazırlanmış sakitləşdirici aromaterapiyadan canlandırıcı bədən maskasına qədər bir sıra individual prosedurlardan həzz alın. Peşəkar terapevtlər aromaterapiya masajlarından tutmuş dərinin cavanlaşdırılmasına qədər bütün spa prosedurlarının sizin üçün mükəmməl və unudulmaz olmasını təmin edəcək.